İstixana (Parnik) Aqronom və Mütəxəssis Konsultasiyası
Komandamız 15 ildən artıqdır ki istixana sahəsində fəaliyyət göstərir və bu illər ərzində 71 hektara yaxın istixana quraraq, eyni zamanda idarəçiliyini də həyata keçirir.
Effektiv istixana, strategiya, çeşid və düzgün aqronomik təminat sayəsində məhsuldarlığı 35 %-ə qədər artıra bilirik.
Çünki, standartlara uyğun qurulmuş istixana ilin ən azı 10 ayı məhsul verməlidir və bu tamamilə mümkündür.
İstixanalara yatırım edib, stabil və daim yüksək tələbatı olan bizneslə məşğul olmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın. Pomidor, xiyar, bibər, çiyələk, moruq, göyərti və digər məhsullar üçün istixanaların qurulmasını, idarəçiliyini, yetişdirilməsini və hətta satışını bizə həvalə edin.
Suvarma Sistemləri v Istixana Təchizatı
Xidmətlərimiz:
-
Açar təslimi istixanalar (istənilən məhsul üçün)
-
Suvarma sistemlərinin quraşdırılması
-
Ekonom isitmə sistemləri (eşitdiyiniz və gördüyünüz isitmə xərclərindən 20%-30% aşağı)
-
Ekonomayzerlər (tüstü bacalarından çıxan istinin yenidən istifadəsi, istilik xərclərini 20% -dək azaldır)
-
3 və 5 illik plastik örtüklər (naylon)
-
Plastik örtüyün tərləmə əleyhinə olan qatının bərpası (antifog məhlul)
-
Həşərat tülləri
-
Sisləmə sistemləri
-
Enerjiqoruyucu və kölgələmə pərdə sistemləri
-
CO2 və buffer tank sistemləri
-
Osmos və UV sistemləri
-
Drenaj sularının təmizlənərək yenidən istifadəsi üçün UF sistemləri (gübrəyə böyük qənaət)
-
Təmir və bərpa
Suvarma sistemləri: K/T sahəsinin ən önəmli və yüksək keyfiyyət tələb edən hissəsidir. Sistemin bütün hissələri, suyun keyfiyyəti, nəticə etibarilə bitkinin böyüməsinə, təbiiliyinə və sağlamlığına birbaşa təsir göstərir. Şirkətimiz bu sistemləri, hissə-hissə olaraq, ən etibarlı istehsalçılardan toplayır. Suvarma sistemlərinin qurulması zamanı, keyfiyyət mövzusunda heç bir halda güzəştə getmək olmaz.
Meyvə bağlarının qurulması
Yüksək dəyərli meyvə ağaclarının yetişdirilməsi üzrə, aqronomlarımızın uzunmüddətli təcrübələri mövcuddur. Bizim dəstəyimizlə sizin əldə edəcəkləriniz:
-
Meyvə bağı və suvarma sistemi üçün dövlət subsidiyası və maliyyə dəstəyi;
-
Torpağınıza uyğun meyvə;
-
Sağlam və iqlimə uyğun tinglər;
-
Ağıllı suvarma sistemi;
-
Yüksək məhsuldarlıq;
-
Davamlı kommunikasiya;
-
Əldə olunan məhsul üçün satış bazarının tapılmasına dəstək.